Vladimer Putin 15-16 noyabr tarixlərində keçirilməsi planlaşdırılan G20 sammitində iştirak edəcək
Rusiya prezidenti Vladimer Putin İndoneziya prezidenti Coko Vidododan dəvət alıb və 15-16 noyabr tarixlərində keçirilməsi planlaşdırılan G20 sammitində iştirak edəcək.
Məlumatı Rusiya mətbuatı prezidentin köməkçisi Yuri Uşakova istinadən yayır.
Jurnalistlər Vladimer Putinin sammitə hansı formatda qoşulacağı, onun şəxsən, yoxsa videomüraciət rejimində iştirak edəcəyi ilə maraqlanıblar. Prezidentin köməkçisi, pandemiyanın iştirakçılara heç olmasa bu dəfə sammitin əyani şəkildə keçirilməsinə imkan verəcəyinə ümid etdiyini bildirib.
G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edir.