Vizasız rejim qaydalarını pozduqlarına görə, Avstriyadan Gürcüstan vətəndaşları deportasiya edildilər

Viza rejimin pozulmasına görə, Avstriyadan Gürcüstana bir neçə vətəndaşın deportasiyası həyata keçirildi. Bugün vətənlərinə, Avropa İttifaqında qalmaq müddətini pozan vətəndaşlar göndərildilər.

Gürcüstan vətəndaşları Venadan xüsusi reyslə, Tbilisi Hava limanına saat 7:00-da gəldilər. Onlardan biri olan Paata Suluxia bəyan edir ki, onu Avstriyadan qeyri-qanuni şəkildə qovaladılar.

“Mənim deportasiya prosedurum 2017-ci ilin dekabrının 5-də başladı və ona tabe olmadım, çünki məhkəmə qərarı olmadan emiqrasiya xidmətinin məni deportasiya etmək haqqı yox idi.

2018-ci ilin yanvarın 22-də evimdə məni polis həbs etdi və ikinci gün məhkəmədə qərar çıxardıldı ki, güya polisə tez-tez getmədiyim üçün deportasiya etməli idim. 52 gün hənsxanada oldum” – dedi Paata Suluxia.