"Vivamed" - "Vivamed"-in pasiyentə diaqnoz qoya və idarə edə bilməməsinə dair məlumat cəfəngiyyat və təhqiramizdir, klinikaya və həkimlərə təzyiq yolverilməzdir
"Vivamed" - "Vivamed"-in pasiyentə diaqnoz qoya və idarə edə bilməməsinə dair məlumat cəfəngiyyat və təhqiramizdir, klinikaya və həkimlərə təzyiq yolverilməzdir

 
“Vivamed”-in pasiyentə diaqnoz qoya və idarə edə bilməməsinə dair məlumatın yayılması cəfəngiyyat və təhqiramizdir, klinikaya və həkimlərə təzyiq yolverilməzdir-deyə sabiq prezident Mixeil Saakaşvilinin yerləşdirildiyi “Vivamed” klinikasında bildirirlər.

Klinika hər kəsə müraciət edərək, pasiyentin ən yaxşı maraqlarından irəli gələrək hərəkət etməyə çağırır.

“Pasiyent Mixeil Saakaşvili cari ilin mayın 12-də “Vivamed” klinikasına yerləşdirilib. Həyata keçirilmiş laboratoroloji müayinələrin nəticələrinə və həkim-mütəxəssislər tərəfindən pasiyentin vəziyyətinin qiymətləndirilməsinə əsasən o, stasionar nəzarət üçün terapevtik şöbəyə yerləşdirilib.

Natamam qida qəbulu ilə əlaqədar mümkün fəsadların qarşısını almaq üçün pasiyentin üzərində laboratoroloji monitorinq davam etdirilir, müxtəlif profilli  həkim-mütəxəssis tərəfindən konsultasiya olunub, çoxsaylı instrumental müayinələr (o cümlədən maqnit rezonans tomoqrafiya) həyata keçirilib. Tədqiqatların zamanda uzaması pasiyentdən birbaşa icazə almağı nəzərdə tutan prosedur məsələləri ilə əlaqəli olub, həmçinin laboratoroloji göstəricilər “gözləməyə” imkan verib.

Stasionarda qalma müddəti boyunca pasiyentin səhhəti pisləşməyib: laboratoroloji göstəricilər dinamikada sabitdir, instrumental müayinələrin nəticələrinin bir hissəsi – mənfi dinamikasız kimi qiymətləndirilir. Maqnetik rezonans tomoqrafiyada görünən dəyişikliklərin müddəti başa çatıb, pasiyentin hazırkı vəziyyəti ilə əlaqəsi yoxdur və aktiv tibbi müdaxilə tələb etmir, dinamikanı müşahidə etmək tövsiyə olunur.

“Vivamed”-in pasiyentə diaqnoz qoya və idarə edə bilməməsinə dair kütləvi informasiya vasitələrinin səsləndirdiyi məlumat cəfəngiyyat və təhqiramizdir. Klinikaya və klinikanın həkimlərinə təzyiq göstərmək, onların səriştəsini şübhə altına almaq, pasiyentin səhhəti ilə bağlı yalan məlumatlar yaymaq qətiyyən yolverilməzdir. Ayrı-ayrı həkimlər tərəfindən pasiyentin təmasda olmaması, hərəkət edə bilməməsi, vəziyyətinin kritik olması və s. reallıqdan kənar isterik məlumatların tirajlanması təəssüfdoğurucudur və suallar doğurur.

Hər kəsi pasiyentin ən yaxşı maraqlarından irəli gələrək hərəkət etməyə çağırırıq” – deyə klinika tərəfindən sosial şəbəkədə yayılan məlumatda qeyd olunub.