Viola Von Kramon - Gürcüstan hökuməti və polisi "Pride" iştirakçılarının konstitusiya hüquqlarını qorumaq istəmir və ya qoruya bilmir, bu zəiflik əlamətidir
Viola Von Kramon - Gürcüstan hökuməti və polisi "Pride" iştirakçılarının konstitusiya hüquqlarını qorumaq istəmir və ya qoruya bilmir, bu zəiflik əlamətidir

Avropa parlamentinin üzvü Viola Von Kramon sosial şəbəkədə Tbilisidə keçirilən “Pride” festivalı ilə bağlı hadisələrə münasibət bildirib.

“Bir daha ultra-sağçı ekstremistlər Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığını zorakılıqla pozdular.

Yenə də Gürcüstan hökuməti və polisi “Pride” iştirakçılarının konstitusiya hüquqlarını qorumaq istəmir və ya qoruya bilmir.

İstənilən halda, bu, zəiflik əlamətidir” – Viola Von Kramon yazıb.