Viola fon Kramon - Putin Əliyevə Paşinyanın demokratik hökumətini devirmək üçün yaşıl işıq yandırdı, Aİ təcili olaraq Azərbaycanın siyasi elitasına qarşı sanksiyalar tətbiq etməlidir
Viola fon Kramon - Putin Əliyevə Paşinyanın demokratik hökumətini devirmək üçün yaşıl işıq yandırdı, Aİ təcili olaraq Azərbaycanın siyasi elitasına qarşı sanksiyalar tətbiq etməlidir

 
Avropalı parlamentari Viola fon Kramon Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edir.

“Əliyevin Dağlıq Qarabağda apardığı “antiterror əməliyyatı” ermənilərin etnik təmizlənməsinin şifrəli sözüdür. Putin Əliyevə Paşinyanın demokratik hökumətini devirmək üçün yaşıl işıq yandırıb. Avropa İttifaqı dərhal Azərbaycanın siyasi elitasına qarşı sanksiyalar tətbiq etməli və Ermənistan hökumətinə bütün lazımi yardımı göstərməlidir”- deyə Viola fon Kramon açıqlayıb.

Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda “antiterror tədbirləri”nə başlandığını elan edib.

Bundan əlavə, Ermənistanın Müdafiə Nazirliyi Ermənistan Respublikasının Dağlıq Qarabağda ordu yerləşdirmədiyini bildirib.