Viola Fon Kramon - Gürcüstan üçün müxalifət də "Gürcü Arzusundan" misal götürməlidir
Viola Fon Kramon - Gürcüstan üçün müxalifət də "Gürcü Arzusundan" misal götürməlidir

Avroparlamentar Viola Fon Kramon “Gürcü Arzusu” tərəfindən Kristian Danielsonun sənədinin imzalanmasını doğru addım olaraq gördüyünü bəyan etdi.

Bu barədə bəyanatı Avroparlamentar “Tvitterdə” yayır.

“Yaxşıdır ki, “Gürcü Arzusunun” kompromisə hazır olduğunu görürük. Bu doğru istiqamətdə atılan bir addımdır. Gürcüstan üçün müxalifət də bu addımı misal götürməlidir. Eyni zamanda, hələ də müzakirə edilməsi gərəkən müəyyən detallar var. Avropa İttifaqı yardım etməyə yenə hazırdır”, – yazır Fon Kramon.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu günki fövqəladə brifinqdə bəyan etdi ki, “Gürcü Arzusu” Avropa İttifaqı və Avropa Şurasının prezidenti Şarl Mişelin egidası ilə hazırlanan sənədi imzalayır.

Kristian Danielson Gürcüstanın siyasi partiyalarının nümayəndələrinə söz edilən sənədi martın 31-də təqdim etdi.