Viktor Orban- İrakli Kobaxidze bütün çağırışlara baxmayaraq, ölkədə milli kimliyi və mədəniyyəti qoruyub saxlamağı bacaran Gürcüstanın Baş naziridir
Viktor Orban- İrakli Kobaxidze bütün çağırışlara baxmayaraq, ölkədə milli kimliyi və mədəniyyəti qoruyub saxlamağı bacaran Gürcüstanın Baş naziridir

 
İrakli Kobaxidze bütün çağırışlara baxmayaraq, ölkədə milli kimliyi və mədəniyyəti qoruyub saxlamağı bacaran Gürcüstanın Baş naziridir-bu haqda Macarıstanın Baş naziri Viktor Orban “Mühafizəkar Siyasi Fəaliyyət” konfransında çıxışı zamanı deyib.

Macarıstanın Baş naziri Gürcüstan hökumətinin başçısına təşəkkür edib.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni salamlamaq istərdim. O, Gürcüstanda, gürcü siyasətində böyük şahmatçı sayılan hökumət başçısıdır. Bu təəccüblü deyil, çünki Gürcüstanın çoxəsrlik tarixində şahmat geosiyasi oyundur. Bütün çətinliklərə, üstün qüdrətə baxmayaraq, ölkədə milli kimliyi, mədəniyyəti necə qoruyub saxlamaq həqiqətən şahmatçının, qrossmeysterin məharətidir. Cənab Baş nazir, bizimlə olduğunuz üçün sizə təşəkkür edir və uğurlar arzulayırıq”- Viktor Orban açıqlayıb.