Viktor Orban - İrakli Ğaribaşvili ilə Avropanı enerji mənbələri ilə təmin etmək barədə danışdıq, biz enerji qiymətlərini aşağı salmalıyıq, bu, Macarıstan və Gürcüstanın ümumi marağıdır
Viktor Orban - İrakli Ğaribaşvili ilə Avropanı enerji mənbələri ilə təmin etmək barədə danışdıq, biz enerji qiymətlərini aşağı salmalıyıq, bu, Macarıstan və Gürcüstanın ümumi marağıdır

 

Gürcüstanın baş naziri ilə Avropanı enerji mənbələri ilə təmin etmək barədə danışdıq -bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə yazır.

O bildirir ki, çıxış yolu Avropanı mümkün qədər çox enerji mənbəyi ilə təmin etməkdir.

“Brüsselin uğursuz sanksiyaları səbəbindən Avropa ciddi enerji böhranı ilə üzləşib. Yeganə çıxış yolu Avropanı mümkün qədər çox enerji mənbəyi ilə təmin etməkdir. Biz bu gün Gürcüstanın baş naziri ilə bu barədə danışdıq. Biz enerji qiymətlərini aşağı salmalıyıq. Bu, Macarıstan və Gürcüstanın ümumi marağıdır” -deyə Viktor Orban “Facebook”da yazır.