Viktor Medvedçuk Putin və Zelenskiyə müraciət edərək, Mariupol müdafiəçiləri və sakinləri ilə dəyişdirilməyi xahiş edir

 

Viktor Medvedçuk Vladimir Putin və Volodimir Zelenskidən Mariupol müdafiəçiləri və sakinləri ilə onun dəyişdirilməsini xahiş edir.

Medvedçuk bu barədə Ukrayna xüsusi xidmət orqanlarının yaydığı video-müraciətdə bildirib.

“Mən, Viktor Vladimer oğlu Medvedçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək, Ukrayna tərəfinin hazırda Mariupolda qalan və humanitar dəhlizlər vasitəsilə təhlükəsiz şəkildə çıxış imkanı olmayan şəhərin müdafiəçiləri və sakinləri ilə məni dəyişmələrini xahiş edirəm”-deyə Medvedçuk video-müraciətdə bildirib.