Vəzifəsindən suistifadə etmə faktında, gömrük departamentinin bir əməkdaşı həbs edildi
Vəzifəsindən suistifadə etmə faktında, gömrük departamentinin bir əməkdaşı həbs edildi

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində, iş vəzifəsindən sui-istifadə etmək faktında, gəlirlər xidmətinin gömrük departamentinin əməkdaşını göz altına aldılar.

Həbs olunan gömrük əməkdaşı, vəzifəsindən istifadə edərək, bir vətəndaşı gömrükdən yoxlamadan keçirib. Nəticədə, qeyd olunan şəxs Gürcüstana qeyri-qanuni şəkildə, deklarasiya edilməmiş mal gətirib.

Məsələ ilə bağlı istintaq, cinayət məcəlləsinin 232-cü maddəsinin birinci hissəsinə əsasən keçirilir, hansı ki, üç ilə qədər həbs cəzasını nəzərdə tutur.