Vətəndaşların texniki inspeksiya mərkəzinə onlain-qeydiyyatı mümkündür
Avtomaşınların periodik texniki inspeksiyası mərkəzinə veb-səhifə ilə qeydiyyat da mümkündür: www.pti.ge
İqtisadiyyat Nazirliyinin məlumatına görə,bu veb- səhifədə qeyd olunan istifadəçi onun üçün əlverişli olan tarixi və vaxtı onlain seçir.
Səfərin planlaşdırılması nəticəsində istifadəçi qısa tekst mesajı ilə qeydiyyatın təsdiqləndiyi haqqında məlumat alır.
Avto-nəqliyyat sahibi onlain qeydiyyatdan keçdiyi halda, inspeksiya mərkəzində növbədə durmalı olmur.
Mərkəzə gedişin planlaşdırılması təcili ödəniş aparatlarından da mümkündür.
Periodik texniki inspeksiya haqqında əlavə məlumat almaq üçün 2018-ci ilin yanvarın 3-dən qaynar xətt – 14-84 qüvvəyə minir.
Qaynar xəttə zəng pulsuzdur.