Vətəndaşlar sabahdan Ədliyyə Evlərinin və İctimai Mərkəzlərin  xidmətlərindən sifariş prinsipi ilə yararlana biləcəklər
Vətəndaşlar sabahdan Ədliyyə Evlərinin və İctimai Mərkəzlərin xidmətlərindən sifariş prinsipi ilə yararlana biləcəklər

Sabahdan Ədliyyə Evləri və İctimai Mərkəzlər açılacaq və yeni prinsip əsasında fəaliyyət göstərəcəklər-maraqlanan şəxs,əgər my.gov.ge portalında sifariş verərsə, binaya giriş və xidmətdən  onun üçün istənilən gün və vaxtda  yararlana biləcək.

Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, filiallarda xidmət  görmək üçün zəruri  sifarişə dair elektron sistem fəaliyyətə başladılıb,bunun nəticəsində ,karantin zonalarında yerləşən filiallar istisna olmaqla,Ədliyyə Evləri və İctimai Mərkəzlərin bütün filialları  açılacaq.Xidmətdən yararlanmaq üçün şəxs, my.gov.ge portalında,təqvimdə  filialı ziyarət tarixini sifariş etməlidir,bunun nəticəsində  qısa mətn bildirişi alacaq və göstərilmiş  vaxtda və yerə müraciət  etmək üçün fiziki olaraq  gedə biləcək.Hazır sənədləri almaq üçün  filiala ikinci dəfə getmək  zəruri olmayacaq  və şəxsə hazır sənədlər post ilə göndəriləcək.

 

İstifadəçi nəzərə almalıdır ki :

 

  • Bir tək –my.gov.ge veb səhifəsində sifariş vermək mümkün olacaq,burda   sifariş təqvimi yerləşdiriləcək ;

 

  • Sifariş verdikdən sonra istifadəçi  göstərilmiş  telefon nömrəsinə qısa  mətn bildirişi alacaq,bildirişdə ziyarət tarixi,yer və zaman qeyd olunmuş olacaq.Həmçinin,istifadəçinin birdəfəlik kodu da bu bildirişdə  göndərilmiş olacaq.Ədliyyə Evinə və İctimai Mərkəzə gedən  istifadəçi  bu kodu təqdim etməlidir ;

 

  • İlkin sifariş olmadan Ədliyyə Evinə / İctimai Mərkəzə  getmiş istifadəçi binaya daxil ola bilməyəcək ;

 

 

  • Filiala getmiş şəxs maska taxmalıdır,maskasız binaya buraxılmayacaq ;

 

  • Filiala uşaqların ,eləcə də istifadəçi ilə birlikdə gedən şəxslərin daxil olmasına icazə verilmir ;

 

  • Filiallara bütün  xidmətlərə dair müraciət etmək mümkün olacaq,nigah ritualı  istisna olmaqla   ;

 

 

  • İstifadəçi hazır sənədləri  almaq üçün Ədliyyə Evlərinə və ya İctimai Mərkəzlərə gedəsi olmayacaq.Hazır sənəd ona post vasitəsi ilə göndəriləcək ;

 

 

  • Ədliyyə Evləri və İctimai Mərkəzlər sifariş verilmiş ziyarətləri hər gün,şənbə-bazar da daxil olmaqla, 09:00-dan 18:00 saatadək qəbul edəcəklər ;

 

  • İstifadəçi zəng mərkəzi və ya quruma gedərəkdən xidməti sifariş edə bilməyəcək.Ziyarəti sifariş etmək üçün –my.gov.ge  veb səhifəsindən istifadə edilməlidir

 

Nazirlikdən bildirilib ki,fərqli qayda 70 yaş və üzəri şəxslər üçün ,həmçinin, sağlamlıq  vəziyyətinə görə hərəkət edə bilməyən şəxslər üçün də nəzərdə tutulub.Onlar bir sıra  xidmətlərə dair  evdən çıxmadan müraciət edə   biləcəklər.

“Ədliyyə Evlərinin filialları və İctimai Mərkəzlər  sözü gedən formatda  koronavirusun prevensiyası  məqsədi ilə elan olunmuş fövqəladə vəziyyət və onunla əlaqədar məhdudiyyətlərin  qaldırılmasınadək xidmət göstərəcəklər.Yeni modellə bir tək karantin zonasında yerləşən Ədliyyə Evləri və İctimai Mərkəzlər fəaliyyət göstərməyəcəklər.Bunlara-Bolnisi və Marneulinin Ədliyyə Evləri, həmçinin Koda,Manqlisi,Tetritsğaro,Kazreti,Sadaxlo və Kachağanın ictimai mərkəzləri  daxildir”-deyə  Nazirlikdən bildirilib.