Vest Mitçel - Gürcüstan nə qədər güclüdürsə, qərb bir o qədər güclüdür
Vest Mitçel - Gürcüstan nə qədər güclüdürsə, qərb bir o qədər güclüdür

Rusiya ilə dialoq vacibdir, biz bunun üçün hazırıq. Lakin istənilən aqressiya və hərbi əməliyyatlara düzgün dəyərləndirmə verəcəyik, – bu barədə Amerikanın dövlət katibinin köməkçisi Ves Mitçel NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunun açılışında nitqlə çıxış edərkən bəyan etdi.

Mitçelin dediyinə görə, Gürcüstan sivilizasiya üçün strateji baxımından əhəmiyyətli sərhədi tutur.

“İstənilən məkanda və siyasətdə Rusiyanın qanunsuz müdaxiləsini aşkar etmək üçün mütləq işləyəcəyik və buna Gürcüstanın qarşı çıxdığı kimi qarşı çıxacağıq. Gürcüstanın bu təhlükə qarşısında qüvvəsi həqiqətən qeyd olunasıdır və bizim üçün nümunəvidir. Sizin sivilizasiya üçün strateji baxımından əhəmiyyətli sərhədi tutursunuz. Mən sizin baş nazir, Zurab Jvaniyanın sözlərini xatrılamaq istəyirəm – “Mən gürcüyəm, və beləliklə, mən Avropalıyam”. Bu sözlər hamı üçün ilham verir”, – Ves Mitçel bəyan etdi.

Amerikanın dövlət katibinin köməkçisi Gürcüstan hökumətini və parlamentini, ədalət sisteminin və məhkəmənin müstəqilliyinin gücləndirilməsinə doğru çağırır.

Elə onun dediyinə görə, Gürcüstan hökuməti tərəfindən iqtisadiyyatın inkişafı üçün atılan addımları bəyəniləsidir.

Bununla yanaşı, Ves Mitçelin bəyanatına görə, ABŞ Gürcüstanın öhdəliyini ki, güclü hərbi bazasını və sistemini formalaşdırsın, dəstəkləyir.