Versal sarayında baş verən yanğınla əlaqədar ziyarətçiləri təxliyə etmək zərurəti yaranıb
Versal sarayında baş verən yanğınla əlaqədar ziyarətçiləri təxliyə etmək zərurəti yaranıb

 
Versal sarayında baş verən yanğınla əlaqədar ziyarətçiləri təxliyə etmək zərurəti yaranıb. Fransanın ən məşhur turistik yerlərindən birində yanğını tez bir zamanda söndürüblər.

“Yanğınsöndürənlər gəldi. Artıq tüstü və alov yoxdur, kolleksiyaya ziyan dəyməyib”- Versal Sarayının sözçüsü açıqlayıb.

O, yanğının bərpa işlərinin aparıldığı damda baş verdiyini bildirib.

Versal sarayını 17-ci əsrdə Kral XIV Lui üçün tikiblər. Fransa inqilabından əvvəl kraliyyətin əsas iqamətgahı olub.

Versal sarayını hər il yeddi milyondan çox insan ziyarət edir.