Vəkil - Məhkəmədən sonra, Saakaşvili ya azad ediləcək, ya da deputatların zaminliyi ilə buraxılacaq
Vəkil - Məhkəmədən sonra, Saakaşvili ya azad ediləcək, ya da deputatların zaminliyi ilə buraxılacaq

“Bütün ehtimal olunan ssenarilər üçün hazırlaşırıq və hər qərarı etiraz etməyə hazırıq, çünki, bu iş başdan sona fabrikasiyadır” – bu barədə bəyanatı Mixail Saakaşvilinin vəkili verdi.

Vəkilin dediyinə görə, Saakaşviliyi müdafiyə edən tərəf onun məhkəmə zalından azad edilməsini tələb edir.

“Məhkəmədən sonra, Saakaşvili ya zaldan azad olunacaq, ya da deputatların zaminliyi ilə buraxılacaq. Saakaşvili heç bir qanunu pozmayıb, ona görə də, biz onun dərhal azad olunmasını tələb edirik” – dedi vəkil.

Vəkilin dediyinə görə, onun dəlilləri var və asanlıqla təsdiq edəcək ki, Saakaşvili həbs edən zaman, onun evi yoxlanırkən, hüquqmühafizəçilər tərəfindən qanun pozuntusuna yol verildi.