Vəkil - Maçalikaşvililərin evində prokurorluğun nümayəndələri ekspertiza keçirirlər
Vəkil - Maçalikaşvililərin evində prokurorluğun nümayəndələri ekspertiza keçirirlər

Vəkilin məlumatına görə, prokurorluğun nümayəndələri Pankisi dərəsindəki xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvilinin evində ekspertiza keçirirlər.

Ailənin vəkili Mariam Kublaşvilinin məlumatına görə, hadisə yerinin detallı şəkildə öyrəniməsi zərurəti ortya çıxdı.

Prokurorlğuğun nümayəndələri ilə bərabər hadisə yerinin incələnməsi üçün, Pankisiyə yaralı gəncin bacısı Nata Maçalikaşvili getdi.

Ailə vəkili bəyan edir ki, dəlillərin böyük hissəsi yox edilib.

Onun dediyinə görə, şübhəli faktlardan biri də Temirlan Maçalikaşvilinin atasının bəyanatıdır ki, evin hər yerinin qan içində olmasına rəğmən, guya Temirlanda tapılan əl qumbarası nədənsə tər-təmiz idi.

Advokat bu məsələyə müstəqil ekspertlərin qoşulmasınnı tələb edir.

“Temirlan Maçalikaşvilini özünün qanlar içində olmasına rəğmən, niyə guya onun əlində tapılan əl qumbarasında bir damcı qan belə yoxdur, o olanları telefonla çəkmək istəyib, ancaq telefonu əlində alındı. Bütün bu təfərruatları müstəqil ekspert incələsə daha yaxşı olardı” – dedi Kublaşvili.