Vəkil - Arçil Tatunaşvilinin qətl işi ilə bağlı aparılan istintaq komisiya ekspertizasını təyin etdi
Arçil Tatunaşvilinin qətl işi ilə bağlı istintaq komisiya ekspertizasını təyin etdi, – bu barədə məlumatı Levan Samxarauli adına Məhkəmə Ekspertizası Bürosundaki görüş başa çatdıqdan sonra Tatunaşvili ailəsinin vəkili Tamar Avaliani verdi.
Vəkilin dediyinə görə, bu mərhələdə, ekspertlərə sualları yoxdur.
“Ekspertlər bizə dedilər ki, ekspertizada təsvir edilməyən yaralar Arçil Tatunaşvilinin sağ vaxtında olmayıb və bəzi yaralar onun ölümündən sonra yaranıb.
Ekspertlər bəyan edirlər ki, bəzi yaralar Rusiyadaki ekspertiza nəticəsində yaranıb. Bu məlumatı almaq bizim üçün çox vacib idi” – dedi vəkil.
Vəkilin dediyinə görə, Arçil Tatunaşviliyə kontrol gülləsinin atılıb-atılmamasını ekspertiza müəyyən edə bilmir.
“İstintaq kompleksli komisiya ekspertizasının keçirilməsini təyin etdi. Əgər komisiya ekspertizasının nəticəsi tez hazırlansa, şikayətimizi insan hüquqları məhkəməsinə daha tez təqdim edə biləcəyik” – dedi vəkil.