Levan Samxarauli ekspertiza bürosu - Levan Kipiani və Zaza Okuaşvili arasındaki telefon söhbətinin audio-yazısı avtentik deyil və montajla hazırlanıb
Levan Samxarauli ekspertiza bürosu - Levan Kipiani və Zaza Okuaşvili arasındaki telefon söhbətinin audio-yazısı avtentik deyil və montajla hazırlanıb

Gürcüstanın baş prokurorluğu medyada yayılan Zaza Okuaşvili və Levan Kipiani arasındaki telefon söhbətinin audio-yazısı haqqında, Levan Samxarauli adına ekspertiza bürosunun nəticəsi ilə bağlı məlumat yayır.

“Medyada yayılan audio-yazı ilə bağlı, yüksək ictimai marağı nəzərə alaraq, yenə bir dəfə açıqlayırıq ki, Tbilisi prokurorluğunun istintaq hissəsində, müxtəlif medya vasitələri ilə Levan Kipiani və Zaza Okuaşvili arasındaki telefon söhbətinin audio-yazısının yayılması ilə bağlı, hansında ki, söhbət 2018-ci ilin sentyabrın 12-də, başqalarına aid olan yüksək məbləğli pul vəsaitinin mənimsənməsindən gedir, istintaq başladı.

Medyada yayılan audio və video-yazılarla bağlı prokurorluq müvafiq ekspertiza keçirdi və ekspertiza nəticəsində məlum oldu ki, yayılan audio və video-yazılar avtentik deyil və montajla hazırlanıb.

Ekspertiza nəticəsinə əsasən, hər bir şübhəli fonoqrammada fon səsinin uyğunsuz şəkildə dəyişməsi və həmçinin, sözlərin və frazaların qəflətən kəsilməsi müşahidə olunur. Şübhəli audio-yazıların hamısı qəflətən kəsilməylə başlayır və eyni şəkildə də bitir.

Baş verənlərlə bağlı istintaq davam edir, deyilir prokurorluğun məlumatında.