Vedant Patel -İsrail ordusunun beş bölməsi İordan çayının qərb sahilində insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyır
Vedant Patel -İsrail ordusunun beş bölməsi İordan çayının qərb sahilində insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyır

 
İsrail ordusunun beş bölməsi İordan çayının qərb sahilində insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyır-bu haqda ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

Patelin qeyd etdiyi üzrə, hadisə oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücumundan əvvəl baş verib.

“İnsan hüquqlarının kobud şəkildə pozulmasının ayrı-ayrı insidentlərinə görə İsrailin beş bölməsini tapdıq . Bütün bu insidentlər oktyabrın 7-dən xeyli əvvəl olub və onların heç biri Qəzzada baş verməyib. Dörd bölmə bu pozuntuları effektiv şəkildə həll edib. Geridə qalan bölməyə gəlincə, biz İsrail hökuməti ilə məsləhətləşmələri davam etdiririk” – Patel deyir.