At və eşşək ətlərinin, mal əti adından satıldığı obyektlərin siyahısı yayıldı [Video]
Qidanın Qorunmasının Milli Agentliyi, keçirdiyi yoxlanış nəticəsində, satılan ət məhsulları arasında at və eşşək əti aşkarladı.
Agentliyin Tbilisi Şəhər Xidmətinin nümayəndələri şəhərdə mövcud olan yarı-fabrikat müəssisələrindən, ət məhsullarının realizasiya obyektlərindən və aqrar bazarlardan ət məhsullarının 20 nümunəsini aldılar.
Agentliyin mətbuat xidmətinin məlumatına görə, yoxlanış nəticəsində, xinkali, kiftə, blinlər, kəbab və basturmada at və eşşək ətləri aşkarlandı.
Qanun pozuntularının aşkarlandığı obyektlərin sahibləri 1000 lari ilə cərimələndirildilər.
Bununla yanaşı, onların qida bazarından çıxardılması tələb ediıdi.
Agentliyin məlumatına görə, yoxlanış zamanı, həmçinin, ət məhsullarının saxlandığı yerlərdə anti-sanitariya normalarının pozuntusu da aşkarlandı.
