Vazisubanidə yeni skver açıldı

Tbilisinin meri Kaxa Kaladze Vazisubanidə yeni skveri yoxladı və həyata keçiriliən işlərlə yerində tanış oldu.

Layihə çərçivəsində ərazidə uşaq və idman kompleksləri tikildi.

Tbilisinin meri Kaxa Kaladze mövcud olan ekoloji vəziyyətə diqqət yetirdi və əhaliyə skverə qayğı göstərməsi üçün müraciət etdi.

Tbilisi meri ilə bərabər, skverdə aparılan təmir işlərini bugün mer müavini Maia Bitadze və ekologiya və yaşıllandırma şəhər xidmətinin rəhbəri Giqa Giqaşvili də gözdən keçirdilər.