Vazianidə "Qasırğa 2022" komanda qərargah təlimi döyüş atışları ilə başa çatıb
Vazianidə "Qasırğa 2022" komanda qərargah təlimi döyüş atışları ilə başa çatıb

 

Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının rəhbərliyi altında “Qasırğa 2022” komanda qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumatda yekun nümayiş təliminin Vaziani atıcılıq poliqonunda keçirildiyi deyilir.

“41-ci Piyada Batalyonunun “Çarli” yüzlüyü 5-ci Artilleriya Briqadasının 52-ci Reaktiv Artilleriya Batalyonunun atəş dəstəyi ilə döyüş atışları həyata keçirərək reallığa mümkün qədər yaxın müdafiə əməliyyatları həyata keçirib. Təlimlərə Şərq komandanı briqada generalı Roland Dzneladze rəhbərlik edib və komandanlığın bütün bölmələri təlimdə iştirak edib. Təlim həm qərargah, həm də sahə komponentlərini əhatə edib. “Qasırğa 2022″ komanda-qərargah təlimi döyüş vəziyyətinə yaxın şəraitdə hərbi əməliyyatların planlaşdırılması və icrası, tabeliyində olan bölmələrin qərargahlarının koordinasiyası, əməliyyatların sinxronlaşdırılması və yeni sistemlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb”-deyə nazirliyin məlumatında qeyd olunub.