Vaziani poliqonunda artilleriya təlimi döyüş atışları ilə başa çatıb
Vaziani poliqonunda artilleriya təlimi döyüş atışları ilə başa çatıb

Vaziani poliqonunda 5-ci artilleriya briqadasının “Qradlar” batareyasının tapşırıq yönümlü səhra hazırlığı döyüş atəşi ilə başa çatıb. Məlumatı Müdafiə Nazirliyi yayıb.

“Planlı təlim üç həftə ərzində baş tutub və “Qradlar” batareyası ilə yanaşı, dəstəkləyici elementlər olaraq 53-cü Təminat Batalyonu, Hava Hücumundan Müdafiə yüzlüyü və Döyüş Dəstəyi Batalyonu da daxil edilib.

Təlimin yekun nümayiş mərhələsində şəxsi heyət əvvəlcədən müəyyən edilmiş əməliyyat sahəsində bölmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, taktiki hərəkət və şərti düşmənin məhv edilməsi əməliyyatını həyata keçirib.

Təlimlər bölmələrin birgə, əlaqələndirilmiş və sinxron hərəkətləri üçün zəruri olan bacarıqların təkmilləşdirilməsinə yönəldilmişdir. İştirak edən şəxsi heyətin qiymətləndirilməsi 5-ci Artilleriya Briqadasından seçilmiş müşahidəçilər tərəfindən aparılıb”, – deyə Müdafiə Nazirliyindən bildirilib.