Vaziani poliqonunda artilleriya təlimi başa çatıb
Vaziani poliqonunda artilleriya təlimi başa çatıb

 

Vaziani poliqonunda tapşırıq yönümlü səhra təlimləri döyüş atışları ilə başa çatıb.

Beşinci artilleriya briqadasının 51-ci artilleriya batalyonunun planlaşdırılmış səhra təlimləri üç həftə ərzində keçirilirdi və üç mərhələni əhatə edirdi. Birinci mərhələ səhra əməliyyatları və kəşfiyyat qrupunun, atəşə nəzarət mərkəzlərinin və artilleriya qurğularının inteqrasiyasını əhatə edirdi, ikinci mərhələdə müşahidəçi-nəzarətçilər tərəfindən təlimlərdə iştirak edən bölmələr qiymətləndirildi, yekun hissə döyüş atışlarına həsr olundu.

Beşinci artilleriya briqadasının 51-ci artilleriya batalyonu əvvəlcədən müəyyən edilmiş ərazidə artilleriya atəş dəstəyi göstərərək şərti düşməni məhv edib.

Təlimin məqsədi əməliyyat şəraitində müstəqil hərəkət etməyə, döyüş elementlərini birləşdirməyə və əlaqələndirilmiş hərəkətləri təkmilləşdirməyə xidmət edib. Müdafiə Qoşunlarının rəhbər şəxsləri təlimlərin yekun mərhələsini müşahidə ediblər.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.