Vaşlovani qoruğunda yanğın qeydə alınır
Vaşlovani qoruğunda yanğın qeydə alınır

Vaşlovani dövlət qoruğunda hazırda yanğın qeydə alınır.  Çoxillik ağacların olduğu meşə sahəsinə od düşüb.

Qoruğun rəhbərliyinin sözlərinə görə,  ehtimal ki, yanğına ildırım düşməsi səbəb olub. Yanğın ocağı dağlıq relyefdə olduğuna görə,  xüsusi texnikanın  bu vaxtadək əraziyə aparılması mümkün deyil.

“Yəqin ki,  ağaca ildırım düşüb, bundan sonra tüstü gördük. Otuz ildir Vaşlovani milli qoruğunda çalışıram və yayda bənzər   hadisənin baş verdiyini  xatırlamıram. Yanğının hansı ərazidə yayıldığını hələlik  bilmirik. Piyada gedirik, relyef mürəkkəbdir  , üç kilometrdən çox yol gedəsiyik “- deyə Vaşlovani milli qoruğunun nümayəndəsi Vaja Çerkezişvili Gürcüstanın Birinci Kanala bildirib.

Dedoplistskaro yanğın-xilasetmə qrupları hadisə yerinə səfərbər olunublar.