"Vaşinqton Taims" - Gürcüstanın müvəffəqiyyətli yanaşması "Covid-19" pandemiyası ilə mübarizə baxımından ölkəyi daha cazibəli edir

“Koronavirusa qarşı mübarizədə müvəffəqiyyət hadisəsi: Gürcüstan” – bu başlıqla Amerikan nəşriyyatı “Vaşinqton Taims” Gürcüstan haqqında məqalə yayır.

Məqalənin başında qeyd olunur ki, publikasiyada Gürcüstanın vitse-premyeri Maia Tskitişvili, Gürcüstanın koronavirusa qarşı mübarəzədə nəyə görə müvəffəqiyyətli olduğunu bildirir.

Məqalənin müəllifi qeyd edir ki, pandemiyaya görə, İtaliyada, İspaniyada, Fransada və ABŞ-da yaranan ağır vəziyyət fonunda, “covid-19”-a qarşı mübarizədə nümunəvi olan Gürcüstanın müvəffəqiyyəti diqqətdən kənarda qaldı.

Müəllif yazır ki, Rusiyanın və Gürcüstanın qonşusu olan və 3,75 milyon əhalisi olan ölkədə koronavirusdan sadəcə 5 nəfər həlak oldu.

“Vitse-premyer Maia Tskitişvilinin dediyinə görə, fərq ondadır ki, Gürcüstan kronavirusa qarşı təhlükəsizlik tədbirlərini tez həyata keçirdi və səhiyyə sahəsinin profesionallarının tövsiyyələrini nəzərə aldı” – deyilir məqalədə.

Məqalənin müəllifi yazır ki, gürcü xalqının gözlənilmədən yaranan çağırışlarla mübarizə üçün və iqtidarın tövsiyyələrinə riayət etmək üçün, digər ölkələrin əhalisindən daha çox hazır olduğu məlum oldu.