Vasil Maisuradze - Moldova millisini də yaxşı öyrənmişik, şadam ki, Elit-Raunddayıq #1TVSPORT
Vasil Maisuradze - Moldova millisini də yaxşı öyrənmişik, şadam ki, Elit-Raunddayıq #1TVSPORT

Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vasil Maisuradze Avropa çempionatının seçmə qrup mərhələsində Moldova millisi üzərində qazanılan qələbəni (2:1) və yığmanın Elit-Raunda çıxmasını şərh edib.

“Biz əvvəlcədən bilirdik ki, Moldova ilə matç Kiprlə matçdan daha çətin olacaq. Bu komandada “Şerif” Akademiyasının Gənclərin Çempionlar Liqasında çıxış edən doqquz futbolçusu var.

Ona görə də Moldova yığması da hər cəhətdən kifayət qədər güclü idi, amma biz onları başdan sona yaxşı öyrənmişdik. Görüş həm də onları neytrallaşdırmaqda nə qədər uğurlu olduğumuzu göstərdi. Ümumilikdə oyuna nəzarət edirdik. Çətin qarşılaşma oldu, amma xoşbəxtlikdən Elit-Raunda keçdik.

Qrupun qalibi İspaniya ilə görüşdə müəyyənləşəcək. Bu komanda nəinki bu qrupda, hətta Avropa səviyyəsində bir baş üstündür. Onlar Tbilisiyə çox güclü komanda ilə gəliblər, lakin biz ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq”, – Vasil Maisuradze Gürcüstanın Birinci Kanalına deyib.