Vasil Mağlaperidze - İslahatların nəticələrini sentyabrda görəcəyik və əgər görə bilməsək, qanunu dəyişib, baş direktoru işdən azad etmək çox asandır
Vasil Mağlaperidze - İslahatların nəticələrini sentyabrda görəcəyik və əgər görə bilməsək, qanunu dəyişib, baş direktoru işdən azad etmək çox asandır

Parlamentdə “Yayımçı haqında” qanuna daxil edilən dəyişikliklərin müzakirə prosesi, Birinci Kanalda həyata keçirilən islahatlar və onunla bağlı bildirilən ictimai fikirlər haqqında, İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze danışdı.

Televiziyada həyata keçirilən islahatların nəticələrinin nə zaman görünəcəyi barədə suala Mağlaperidze belə cavab verdi:

“Hazırda Birinci Kanalda islahat həyata keçirilir. Kanalın texniki avadanlıqla təmin edilməsi prosesindəyik. Həmçinin yeni menecment sistemi yaradılacaq və bütün bunların nəticəsini fevralın 26-dan Olimpiyadanın başa çatmasından sonra görəcəyik. Əslində, mən, bizi durmadan tənqid edən və bununla da bizə daha çox stimul verən opponetlərimizə təşəkkür etmək istəyirəm. Onların əsassız və ədalətsiz tənqidləri fonunda Birinci kanal daha böyük enerji və inatla inkişaf etməyə davam edir və əminəm ki, işimizin ciddi nəticələri olacaq. 

Hazırda içində işlədiyimiz bina başımıza uçur, kanalın gərəkli aparaturası, kameraları yoxdur, maşınlarımız, iki də bir yollarda partlayırdı. Məncə belə ağır vəziyyət Gürcüstanın heç bir televiziyasında yoxdur.  

Vasil Mağlaperidzenin dediyinə görə, yaxın gələcəkdə, Gürcüstanın İctimai Televiziyası, Avropanın İctimai Yayımçılarının səviyyəsinə çıxacaq.

“Televiziyanın inkişaf edəcəyindən və reytinqlərinin artmasından hər söz etdiyimizdə, opponentlərimiz nədənsə qəzəblənirlər. Birinci Kanalın ayağa qalxması onları niyə narahat edir?

İctimayi Yayımçı, Avropanın İctimai Yayımçılarına müvafiq səviyyəyə çatacaq və opponetlərimiz bu gerçəyi qəbul etməlidirlər” – dedi Mağlaperidze.