Vasil Mağlaperidze “Gürcü Arzusu”-nun kvotası üzrə Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının üzvlüyünə namizəd olaraq irəli sürülüb

 
Vasil Mağlaperidze “Gürcü Arzusu”-nun kvotası üzrə Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının üzvlüyünə namizəd olaraq irəli sürülüb.

Filoloq Vasil Mağlaperidze 2017-ci ilin yanvarın 6-da İctimai Yayımçının baş direktoru seçilib və 2020-ci ilin avqustun 18-də bu vəzifəni tərk edib.

Vasil Mağlaperidze “Teleməktəb” layihəsinin və “Tarixə səyahət – İpək Yolunun Qafqaz Magistralı” sənədli filminin müəllifidir.

Bununla yanaşı, Laşa Tuğuşi Xalq Müdafiəçisinin kvotası üzrə İctimai Yayımçının Qəyyumlar Şurasına namizəd olaraq irəli sürülüb.