Vasil Mağlaperidze deputatlara və medya nümayəndələrinə, yayımçıda mövcud olan vəziyyətlə tanış olmaq üçün televiziyaya gəlməyi təklif etdi

İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze deputatlara və medya nümayəndələrinə təklif etdi yayımçıda ki, mövcud olan ağır vəziyyəti görmək üçün televiziyaya gəlsinlər.

Bu barədə bəyanatı Vasil Mağlaperidze  parlamentdə verdi, harda ki, bugün parlamentin sədri İrakli Kobaxidze “Yayımçı haqqında qanunla” bağlı  medya nümayəndələri ilə görüş keçirdi.

Mağlaperidzenin dediyinə görə, hazırda İctimai Yayımçıda çox önəmli proses baş verir və böyük islahat həyata keçiriləcək.

“Mən sizdən sadəcə xahiş edirəm, partiya mənsubiyyətinizdən asılı olmayaraq, qeyd olunan qanunlayihəyi qəbul edənə qədər, gəlin vəziyyətlə televiziyanın özündə tanış olun. Min dəfə özgələrdən eşitdiyinizi, daha yaxşı olar ki, bir dəfə gəlib, öz gözlərinizlə görəsiniz. Niyə kameralar aldıq, niyə maşınlar aldıq və digər məsələləri başa düşməyiniz üçün sadəcə bir saatlığına televiziyayı görməyiniz  yetəcək” – dedi Mağlaperidze.