Vasil Mağlaperidze - Birinci Kanalın jurnalistlərinin fəaliyyətinə kimsə qarışmıyacaq və seçkiləri öz professiyonal etikaları və vicdanları ilə işıqlandıracaqlar
“Birinci Kanalın jurnalistləri müstəqildirlər, onların fəaliyyətinə kimsə qarışmayacaq və seçkiləri öz professiyonal etikaları və vicdanları ilə işıqlandıracaqlar, – bu bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze “Maka Tsintsadze ilə bərabər aktual mövzu” verlişində verdi.
“Düşünürəm ki, bu baxımdan bundan öncəki seçkilərdə də problemimiz olmayıb, ancaq növbəti seçkilər çox yüksək standartlarla işıqlandırılmalıdır” – dedi Mağlaperidze.
Kanalın baş direktorunun dediyinə görə, Birinci Kanal seçkilərə xüsusi ilə hazırlaşır və proses layiqli şəkildə keçiriləcək.
Seçkilər həm “Moambe” xəbərlər proqramında, həm də, iki xüsusi verliş vasitəsi ilə işıqlandırılacaq.