Vasil Mağlaperidze - Birinci Kanalın əməkdaşlarının maaşları ilə bağlı bütün suallara cavab verildi və məsələ həll olundu
“İctimai Yayımçının maaş siyasəti ilə bağlı şübhələri olan qəyyumlar şurasının üzvlərinin şübhələri tamamən əsassız idi, – bu barədə bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze qəyyumlar şurasının iclası başa çatandan sonra verdi.
Onun dediyinə görə, bu şübhələrlə bağlı spekulyasiyalar başa çatmalıdır.
“Təəsüf ki, bu propaqandist kampaniyaya kolleqalarımız da fəal şəkildə qoşuldular. Bunun qeyri-sağlam bir səbəbinin olduğunu düşünmək istəmirəm, ancaq belə bir şübhə yarandı.
Bütün suallara cavablar verildi və məsələ həll olundu. Qəyyumlar şurasının maaşlar haqqında məlumat almaq hüquqlarının olmasını şübhə altında qoymamışıq, ancaq bu məlumat geniş ictimaiyyətə yaymaq üçün deyil, konkret məqsədlər üçün istifadə edilməlidir” – dedi Vasil Mağlaperidze.
Birinci Kanalın baş direktorunun dediyinə görə, qeyd olunan məsələ ilə bağlı hüquqşünaslarla və personal məlumat inspektoru ilə məsləhətləşmələr aparıldı.
“Burada söhbət sadəcə maaşlardan getmir, Bunu mən deyil, qanun müəyyən edir və qanunu qorumalıyıq. Kiminsə “Facebookda” yazması və yaxud hansısa verlişdə qeyri-kvalifikasiyalı məlumat verməsi üçün yaşaya bilmərik. Biz ancaq qanunla yaşaya bilərik. Maaş məsələsi ilə bağlı heç bir pozuntumuz yoxdur və Qəyyumıar Şurasının üzvləri də bundan əmin olsunlar. Məsələ həll olundu” – dedi Mağlaperidze.