Vasil Mağlaperidze - Birinci Kanalın Avropa bürosu bağlanmır, əksinə gücləndirilir və jurnalistlər rotasiya prinsipi ilə çalışacaqlar (video)

“Birinci Kanalın Avropa bürosu bağlanmır, əksinə gücləndirilir və jurnalistlər rotasiya prinsipi ilə çalışacaqlar, – bu barədə bəyanatı İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze yayımçının qəyyumlar şurasının iclasında verdi.

Mağlaperidze qeyd etdi ki, xarici istiqamət Birinci kanalın prioritetidir və bu məsələ üzrə çalışa biləcək jurnalistlərin və işıqlandırılacaq məsələlərin sayı olduqca böyükdür.

Onun dediyinə görə, Avropa bürosunun jurnalisti olan Ketevan Kardavayada təklif var.

“Birinci Kanalın Brüsseldəki bürosu bağlanmır, əksinə gücləndirilir. Bizə reportajlar sadəcə Brüsseldən deyil, Avropanın başqa ölkələrindən də lazımdır və beynəlxal verlişimiz olacaq, ona görə də jurnalistlərin rotasiyasına qərar verdik. Ketevan Qardavaya da təklif var və əgər istərsə, çalışmağa davam edəcək. 

Bundan sonra, reportajlar birbaşa Avropanın müxtəlif ölkələrindən hazırlanacaq” – dedi Mağlaperidze.