Vasil Mağlaperidze - 50 milyon lari mifik bir rəqəmdir, əslində yayımçı bu il 2017-ci 39 milyon lari xərcləyirdi
“Deyirlər ki, İctimai Yayımçıya büdcədən 50 milyon lari verilir, ancaq bu mifik bir rəqəmdir və əslində İctimai Yayımçı 2017-ci ildə 39 milyon lari xərcləyirdi” – bu bəyanatı İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze parlamentdə bəyan etdi, harda ki, parlamentin sədri İrakli Kobaxidze “yayımçı haqqında qanunla” bağlı medya nümayəndələri ilə görüşürdü.
“Siz bir neçə dəfə 50 milyon lari dediniz. Bilirsiniz mi ki, əslində bu 50 milyon 39 milyondur? Bu çox ciddi məsələdir. 10-11 milyonluq fərqdən gedir söhbət. Burada dəfərlərlə təkrarlanan 50 milyon lari mifik bir rəqəmdir, mövcud olan büdcə isə, 39 milyon laridir” – dedi Vasil Mağlaperidze.
Onun dediyinə görə, bütün medya vasitələri arasında ən şəffaf işləyən məhz İctimai Yayımçıdır.
“Və bu ona görə belə deyil ki, kimsə hamıdan yaxşıdır, bu qanunla müəyyən edilən bir məsələdir. Hər bir larinin haraya xərcləndiyi dəqiq şəkildə konkretləşdirilir və kimsə deyə bilməz ki, bir larinin belə haraya xərcləndiyini bilmir. Buraya gəlirkən belə, hər zaman olduğu kimi, bir neçə hökümət təşkilatına, maaşım haqqında belə məlumat verdim” – dedi Mağlaperidze.