Varketilidəki yaşayış binalarından birində qapanıb, atəş edən kişi həbs olundu
Varketilidəki yaşayış binalarından birində qapanıb, atəş edən kişi həbs olundu

Varketilidə, Şuamta küçəsindəki yaşayış binalarından birində qapanıb, atəş edən kişi həbs olundu.

Hadisə yerində bir neçə saat ərzində polis əməliyyatı keçirilirdi.

Yaşayış binasında özünü qapadıb, ailə üzvlərini rehin tutan kişi ilə polis arasında danışıqlar aparılırdı.

Son məlumata görə, atəş edən şəxs polisə təslim oldu.

Atışma nəticəsində yaralanan olmayıb.