Varketilidə, yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib
Varketilidə, yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib

 

Partlayış Varketilinin yuxarı platosunda baş verib. Mövcud məlumata əsasən, yaşayış korpusunun mənzilində baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayışdan sonra yanğın başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Halların İdarəsi Xidmətindən Gürcüstanın Birinci Kanalına bildirildiyi kimi, hadisə yerində yanğınsöndürən-xilasetmə qrupları işləyir və yanğın artıq lokallaşdırılıb.