"Varketili" metrosunda zərər görənlər həkimlərin nəzarəti altında qalırlar
“Varketili” metrosunda tavanın düşməsi nəticəsində zərər görənlər stasiyonarda həkimlərin nəzarəti altında qalırlar.
Bu barədə məlumatı Səhiyyə Nazirliyi verir.
İdarənin məlumatına görə, pasientlər gərəkən müalicədən keçirlər və onların həyatı təhlükə altında deyil.
14 nəfər zərər görən Tbilisinin müxtəlif klinikalarında müalicə görür.
