"Varketili" metrostansiyasında zərər görən iki nəfərə İngorokva klinikasında əməliyyat keçiriləcək

“Varketili” metrostansiyasında zərər görən iki nəfərə İngorokva klinikasında əməliyyat keçiriləcək.

Bu barədə bəyanatı İnqorokva klinikasının həkimi Konstantine Mumladze verdi.

Onun dediyinə görə, pasientlərin heç birinin həyatı təhlükə altında deyil.

“Pasientlərin əksəriyyəti beyin travması alıb, ancaq heç birinin sağlamlığı təhlükə altında deyil. Sadəcə olaraq, iki pasientin ayağında qırıqlar aşkarlandı. Onlara osteosiroz proseduru və əməliyyat keçiriləcək” – dedi Konstantine Mumladze.