"Varketili" metrostansiyasında nə baş verir (Video və foto)

Fövqəladə Hallar İdarəsi Agentliyinin məlumatına görə, “Varketili” metrostansiyasında tavanın uçması nəticəsində yeddi nəfər zərər gördü.

İlk öncə üç nəfərin zərər gördüyü haqqında məlumat yayılmışdı.

Metrostansiyanın tavanının bir hissəsi yerə töküldü. Hadisə yerində xilas edən qruplar çalışırlar.

Baş verən hadisənin səbəblərini öyrənmək üçün hadisə yerinə Tbilisinin meri Kaxa Kaladze getdi.

“Varketili” metrostansiyasının reabilitasiya işləri 2017-ci ilin sentyabr ayında başa çatmışdı.

Reabilitasiya işlərini tenderdə qalib gələn MMC “Kvarelmşeni” həyata keçirmişdi.