Vardzia monastır kompleksinin ətraf ərazisinin geoloji tədqiqatı aparılır
Vardzia monastır kompleksinin ətraf ərazisinin geoloji tədqiqatı aparılır

 

 

Ətraf Mühit Milli Agentliyinin Geologiya Departamentinin nümayəndələri cari ilin oktyabrın 18-də Vardzia monastır kompleksinin ətraf ərazisində inkişaf edən proseslərin nəticələrini öyrənirlər. Bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayır.

“Bu gün səhərdən Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin nümayəndələri Ətraf Mühit Milli Agentliyinin geoloqları ilə birlikdə dünən, oktyabrın 18-də daş sürüşməsi nəticəsində zərər çəkmiş əraziləri yerindəcə tədqiq edirlər.

Proses başa çatdıqdan sonra geoloqların hesabatı/tövsiyələri veriləcək, bunun əsasında da Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik növbəti fəaliyyət planını hazırlayacaq.

Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentlik fürsətdən istifadə edərək Ətraf Mühit Milli Agentliyinə operativ reaksiyasına və səmərəli əməkdaşlığa görə təşəkkür edir.

Onu da qeyd etmək lazımdır ki, Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin sifarişi ilə Vardzia qayalığındakı kompleksin kritik ərazilərinin möhkəmləndirilməsi-sabitləşdirilməsi işləri davam etdirilir.

İtaliyalı mütəxəssis, mühəndis-geoloq Klaudio Marqotininin (professor) layihəsinə əsasən, üç kritik sahədə (S sahəsi, E və F sahəsi) qayanın zədələnmiş hissələrinin lövbərləmə/vurma üsulu ilə möhkəmləndirilməsi-stabilləşdirilməsi işləri hazırda son mərhələdədir” – deyə Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilib.