Vaksinasiya haqqında xəbərdarlığın artırılması üçün xüsusi veb-səhifə yaradıldı
Vaksinasiya haqqında xəbərdarlığın artırılması məqsədi ilə, Gürcüstan iqtidarı xüsusi veb-səhifə yaratdı – Provax.ge.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, maraqlanan şəxslər veb-səhifədən istədikləri bütün suallara cavab ala bilərlər.
Bunların arasında: vaksinasiyanın nəyə görə vacib olduğu və hansı vaksinanın nə qədər təhlükəsiz olduğu, hamilələr və uşaqlar üçün vaksina lazımdır mı, vaksinasiya prosesinə xüsusi hazırlıq lazımdır mı, kimi suallar da var.
Veb-səhifədə həmçinin, milli vaksinasiya planı və ölkədə vaksinasiya prosesinin statistikası haqqında məlumat və elmi video-çarxlar var.