Vaxtanq Qomelaurinin verdiyi məlumata görə, Batumidə binanın çökməsi nəticəsində dağıntılar altında qalan iki nəfərlə təmas qurulur

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, Batumidə binanın çökməsi nəticəsində dağıntılar altına qalan iki nəfərlə təmas qurulur .

Vaxtanq Qomelaurinin də qeyd etdiyi kimi, Batumidə binanın çökməsi nəticəsində təxminən 10-15 adam dağıntılar altında qalıb, onlardan ikisi təmasdadır və xilasedicilərlə danışır.

“Bir neçə girişi olan binanın bir girişi çöküb, istintaq başlatmışıq. Çökməyə nəyin səbəb olduğunu müəyyənləşdirəcəyik. Təxminən beş mərtəbə çöküb. Əldə etdiyimiz məlumata görə, təxminən 10-15 adam dağıntılar altında qalıb. İki nəfər ilə əlaqə qurulur, onlar sağdır və bizimlə telefonla danışırlar, lakin harada, hansı mərtəbədə olduqlarını izah edə bilmirlər. Yüzlərlə xilasedici cəlb edilib. Çox adamın çıxması, 100 və 200 xilasedicinin bir anda oraya çıxması mümkün deyil, lakin bir-birimizi əvəzləyirik.texnika səfərbər olunub. Daxili İşlər Nazirliyinin bölmələri, yerli hökumətin meriyası, munisipal xidmətlər səfərbərdir və bunun mümkün qədər tez baş verməsi üçün hər şeyi edirik, lakin bu vəziyyətdə sürətli işləmək mümkün deyil, daha çox zərər verə bilərik və daha pis ola bilər. Xilasedicilərimiz yüksək səviyyədə çalışırlar ki, betonları qaydasına salsınlar və dağıntılar altında qalanları çıxarsınlar”-deyə Qomelauri bildirib.