Vaxtanq Qomelauri - Öz ofislərində atılıb-düşsünlər, parlamentin və dövlət qurumlarının binalarının başını buraxsınlar
Səsləndirilmiş məlumatın yarısını -nə etdiklərini, danışıqları, çevrilmələri, atılıb-düşmələri canlı efirlərdə gördük, istəyirlərsə öz ofislərində atılıb-düşsünlər, parlamentin və dövlət qurumlarının binalarının başını buraxsınlar- bu haqda daxili işlər naziri Vaxtanq Qomelauri açıqlayıb.
Nazir, polisin aksiyalarda qanun çərçivəsində hərəkət etdiyini bildirib.
“Gənclərin parlament yaxınlığında qapını, kameraları sındırdığını, tonqal qaladığını gördük. Toqquşma olmaması və bu uşaqların xəsarət almaması üçün bir nəfər olsun polis çıxmadı, imkan daxilində nəzərə aldıq. Ertəsi gün səhər səfirlərin və onların ölkələrinin nümayəndələrinin polisin qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı bəyanatlarına şahid olduq, bu gülməlidir, bizə qaranın ağ olduğunu deyirlər və bu, məyusedicidir”– Qomelauri bildirib.