Vaxtanq Qomelauri Nino Lomjaria ilə görüşüb

 

Daxili işlər naziri Vaxtanq Qomelauri, xalq müdafiəçisi Nino Lomjaria ilə görüş keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze və nazir müavini Aleksandre Daraxvelidze, eləcə də ombudsmanın müavini Qiorqi Burcanadze iştirak ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumatda da qeyd olunduğu üzrə, tərəflər seçkiqabağı dövrdə cərəyan edən proseslərdən danışıb və son zamanlarda qeydə alınan insidentləri müzakirə ediblər.

“Daxili işlər naziri və xalq müdafiəçisi, seçki dövründə mümkün pozuntulara dair məlumatı paylaşmaq və anındaca reaksiya vermək məqsədi ilə fəal əməkdaşlığa hazır olduqlarını ifadə ediblər”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.