Vaxtanq Qomelauri - Mən 30 ildir güc strukturlarında işləyirəm, heç vaxt polisləri diri-diri yandırmaq istədiklərini görməmişəm
Vaxtanq Qomelauri - Mən 30 ildir güc strukturlarında işləyirəm, heç vaxt polisləri diri-diri yandırmaq istədiklərini görməmişəm

Mən 30 ildir güc strukturlarında işləyirəm, heç vaxt polisləri diri-diri yandırmaq istədiklərini görməmişəm- daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə interpellyasiya formatında çıxışı zamanı bildirib.

Vaxtanq Qomelaurinin sözlərinə görə, polis 100 nəfərə qədər adamı saxlayıb, onlardan 10 nəfəri həbs edilib, onlar mitinqə elektroşok və daş aparıblar.

“İkinci gün daş gətirdilər, polislər onlara daşları atın dedikdə, bəziləri polislərlə qarşıdurmaya daxil olurdular. Polislər onları saxlamağa məcbur idi. Yoxsa onları heç kim tutub aparmaq istəməyib . Mən 30 ildir ki, güc strukturunda işləyirəm, istər təhlükəsizlik xidməti olsun, istər polis, ona qədər təhlükəsizlik xidmətində, dövlət mühafizə xidmətində belə şey görməmişdim. Mən heç Şevardnadzenin vaxtında da görməmişəm ki, polisləri diri-diri yandırmaq istəsinlər. Bu zaman müxalifət çıxıb deyir ki, bu şəxsi azad etmək istəyirlər. Yaxşı, yanğını kim başlatdı?”– Vaxtanq Qomelauri deyib.