Vaxtanq Qomelauri bəyan edir ki, artıq moped sürücülərindən də sürücülük vəsiqəsi tələb olunacaq

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri bəyan edir ki, yaxında bütün mopedlərin qeydiyyatı keçiriləcək və moped sürücülərindən də sürücülük vəsiqəsi tələb olunacaq.

Vaxtanq Qomelauri qeyd etdi ki, bu mərhələdə, mopedlərin nəzarəti video-kameralarla həyata keçirilir və onlar ücbatından avtoqəzalar tez-tez baş verir.

“Bu məsələ üzərində işləyirik. Şəhərdə mopedlə hərəkət etmək həqiqətən böyük problemdir. Ən pis isə, odur ki, onlara videokameralarla yaxşı nəzarət edilmir və yol qaydalarını pozduqları halda, onları cərimələyə bilmrik. Ona görə də, rahat gəzib, heç bir qaydayı nəzərə almırlar. Ancaq bundan sonra, hər bir moped qeydiyata alınacaq və onlardan da sürücülük vəsiqəsi tələb olunacaq”, – dedi Qomelauri.

Moped qəzaları nəticəsində həlak olanların statistikası ilə bağlı isə, Qomelauri bəyan etdi ki, bu statistika katastrofik şəkildə artmayıb.