Vaxtanq Qomelauri - Polis infrastrukturu və avadanlıqları 2024-cü ildə də fəal şəkildə yenilənəcək, bu da nazirliyin bölmələrinin imkanlarını daha da gücləndirəcək
Vaxtanq Qomelauri - Polis infrastrukturu və avadanlıqları 2024-cü ildə də fəal şəkildə yenilənəcək, bu da nazirliyin bölmələrinin imkanlarını daha da gücləndirəcək

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, polislərin sosial təminatlarının yaxşılaşdırılması prosesinin davam etdiyini bildirib.

Qomelaurinin parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı dediyi kimi, polis infrastrukturu və avadanlıqları 2024-cü ildə də fəal şəkildə yenilənəcək, bu da nazirliyin bölmələrinin imkanlarını daha da gücləndirəcək.

“Daxili İşlər Nazirliyi bu il də cinayətkarlığın qarşısının alınması, cinayətkarlığa qarşı mübarizə, asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına, polis xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin və islahatların həyata keçirilməsini fəal davam etdirəcək” – Vaxtanq Qomelauri bildirib.