Vaja Siradze - dövlət müəssisələrinin binasının qarşısını kəsmək qanunla qadağandır

 

Patrul Polisinin rəhbəri Vaja Siradze bildirir ki, dövlət binasının qarşısını kəsmək yolverilməzdir.

“Dövlət qurumunun binasının qarşısını kəsmək qanunla qadağandır” -deyə Vaja Siradze bildirib.

Dövlət Təhlükəsizlik Xidməti yaxınlığında müxalifət tərəfindən təşkil olunmuş aksiyadan polislər bir neçə nəfəri çıxarıblar.

Aksiya iştirakçılarının da qeyd etdiyi üzrə, onlar üçün fəalların niyə saxlandığını anlaşılmazdır.

Hadisə yerində olan “Milli Hərəkat” partiyasının üzvü Zaal Udumaşvilinin də qeyd etdiyi kimi, aksiyada ən fəal olanları həbs etməyə başlayıblar, bu, ilkin əmr olub.

“Hər saxlanılan şəxs üçün on nəfər çıxacaq. Sabah nə qədər olacağımızı görəcəksiniz. Həqiqətən hamımızı həbs edə bilməzsiniz. Mən polisə müraciət etmək istəyirəm, bu qanunsuz əmri yerinə yetirməyin, sabah bu ölkəni birlikdə qurmalıyıq. Öncədən verilən əmr idi. Saat 11:00 olan kimi , qışqırıb bayıra çıxdılar. Əvvəlcə ən fəal insanları  həbs etməyə başladılar və sonra isə insanları seçmirdilər. Məni də həbs etməyə cəhd etdilər” – deyə Udumaşvili bildirib.