Vahid Milli İmtahanlarla əlaqədar olaraq imtahan mərkəzləri istiqamətində avtobusların əlavə marşrutları təyin olunacaq
Vahid Milli İmtahanlarla əlaqədar olaraq imtahan mərkəzləri istiqamətində avtobusların əlavə marşrutları təyin olunacaq

 

Vahid Milli İmtahanların başlaması ilə əlaqədar olaraq, abituriyentlərin və işçilərin vaxtında müəssisədə olması və ləngimədən hərəkət etməsi məqsədilə iyulun 4-dən iyulun 27-i də daxil olmaqla, imtahan mərkəzləri istiqamətində avtobusların əlavə marşrutları təyin olunacaq. Bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün paytaxtın hökumət iclasında bildirib.

” 39, 173, 177, 191 və 175 saylı ictimai məktəblər istiqamətində “Axmeteli Teatrı” metrostansiyasının yerləşdiyi ərazidən getmək mümkün olacaq, 117 saylı ictimai məktəb istiqamətində isə “Varketili” metrostansiyasından hərəkət etmək mümkün olacaq. 103 saylı ictimai məktəbə gəlincə, sözügedən imtahan mərkəzi istiqamətində avtobus metronun “Samqori” stansiyasının yuxarı çıxışından gedəcək”- deyə Tbilisi meri bildirib. Onun sözlərinə görə, sözü gedən istiqamət üzrə avtobus avqustun 10-dək hərəkət edəcək.