Vahid Milli İmtahanlar iyulun 6-da başlayacaq və iyulun 25-də başa çatacaq
Vahid Milli İmtahanlar iyulun 6-da başlayacaq və iyulun 25-də başa çatacaq

2020-ci ilin Vahid Milli İmtahanları iyulun 6-da başlayacaq və iyulun 25-də başa çatacaq.

Təhsil Nazirliyinin məlumatına görə, koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, imtahanlarda iştirak edənlərin sağlamlığın qorunması üçün, baş nazirin rəhbərliyi ilə, nazirliklərin koordinasiyalı əməkdaşlığı nəticəsində. Vahid milli imtahanların, magistr imtahanlarının və tələbələrin qrant müsabiqələrinin müddətləri və təhlükəsiz keçirilməsi qaydaları müəyyən edildi.

İmtahan zamanı, hər imtahan masasına şəffaf baryer qoyulacaq. Masalar arasında məsafə 2 metr olacaq. Ardıcıl düzülən masaların arasında isə, bir metr olacaq.

Hər bir abiturientə yeni tibb maskaları veriləcək, ancaq özləri ilə də gətirə bilərlər.

İmtahan zalına daxil olana qədər abiturientlər termoskriniqdən keçəcəklər.

Abiturientlər Milli Sağlıq Mərkəzinin bütün tövsiyyələrini nəzərə almalıdırlar.

Bütün gərəkən rekomendasiyaları Səhiyyə Nazirliyinin rəsmi veb-səhifəsindən oxuya bilərsiniz.

Abiturientin yanında şəxsiyyət vəsiqəsi və imtahan kartı olmalıdır.

Koronavirusla bağlı təhlükəsizlik qaydalarını pozan abiturientə töhmət veriləcək. İkinci dəfə pozduğu halda isə, imtahan zalından qovulacaq.

Əvvəlki illərdə olduğu kimi, imtahan mərkəzləri Tbilisidə, Rustavidə, Qoridə, Axaltsixedə, Telavidə, Kutaisidə, Batumidə, Zuqdididə, Potidə, Ozurgetidə və Xuloda olacaq.

İmtahan mərkəzlərində polis və tibb məntəqələri işləyəcək.

İmtahan prosesi kameralara çəkiləcək.